"Müsəlmanlar üçün tətil günü ilə bağlı danışığa hazıram", T.Maizier

Nazir üzvü olduğu Xristian Demokrat Birlik Partiyasının (CDU) Aşağı Saksonya əyalətində bazar günü keçiriləcək Əyalət Məclisi Seçkiləri ilə əlaqədar Volfenbüttel (Wolfenbüttel) şəhərində etdiyi seçki çıxışında deyib

"Müsəlmanlar üçün tətil günü ilə bağlı danışığa hazıram", T.Maizier

  Almaniya Daxili İşlər naziri Tomas de Maizier bəzi bölgələrdə müsəlmanlar üçün tətil günü məsələsilə bağlı danışığa hazır olduğunu bildirib.

  Nazir üzvü olduğu Xristian Demokrat Birlik Partiyasının (CDU) Aşağı Saksonya əyalətində bazar günü keçiriləcək Əyalət Məclisi Seçkiləri ilə əlaqədar Volfenbüttel (Wolfenbüttel) şəhərində etdiyi seçki çıxışında deyib:

  “Müsəlmanlar üçün istirahət günü tətbiqilə bağlı istək gələrsə,  danışmağa hazıram. “Allerheiligen” katolik dini istirahət günü yalnız katolik xristianlarının yaşadığı bölgələrdə qeyd olunur. Müsəlmanların sıx yaşadığı yerlərdə niyə müsəlman dini istirahət günü olmasın?”

  CDU Aşağı Saksoniya əyalətinin başçısı Bernd Althusmann isə nazirin açıqlamalarını tənqid edərək deyib: “Dini istirahət günlərilə bağlı müzakirələrin seçki ərəfəsində danışılmasını uyğun görmürəm… Almaniyada mövcud istirahət günləri keçmişə dayanır. Olan ənənələri dəyişdirilməsinə ehtiyac yoxdur."

  Qeyd edək ki, Almaniyada müəyyən dini tətil günlərini 16 əyalətin başçıları özü təyin edə bilir.



Әlaqәli Xәbәrlәr