Fələstin danışıqlarından Birlik Hökuməti qərarı çıxdı

Tərəflər Qəzzanın qurudan yeganə çıxış nöqtəsi olan Misir sərhədindəki Rifah Sərhəd Qapısındakı nəzarətin Milli Birlik Hökumətində olması məsələsində anlaşdı.

Fələstin danışıqlarından Birlik Hökuməti qərarı çıxdı

  Sentyabrın 10-undan bəri Misirin paytaxtı Qahirədə davam edən Həmas və Fətih arasında gedən danışıqlar müsbət nəticələndi: Həmas və Fətih Fələstin Birlik Hökumətinin qurulması üçün razılığa gəldi.

  İki siyasi hərəkat Rifah Sərhəd Darvazasının nəzarətinin 1 noyabrdan başlayaraq Milli Birlik Hökumətinə təhvil verilməsi məsələsində də razılaşdı.

  Qəzzanın ehtiyacları və xüsusilə də sərhəd qapıları önəmli gündəm maddəsidir.

  Tərəflər Qəzzanın qurudan yeganə çıxış nöqtəsi olan Misir sərhədindəki Rifah Sərhəd Qapısındakı nəzarətin Milli Birlik Hökumətində olması məsələsində anlaşdı.

  Müqavilə xəbərlərindən sonra Fələstin prezidenti Mahmud Abbasın bir ay içində Qəzzaya getməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr