ABŞ YUNESKO-dan çıxmaq qərarı verdi

ABŞ-ın UNESCO üzvlüyündən ayrılmasında həmçinin İsrailə qarşı tutduğu mövqenin də təsiri olduğu bildirilərək çıxma qərarının 2017-ci ilin 31 dekabrından qüvvəyə minəcəyi qeyd edilib.

ABŞ YUNESKO-dan çıxmaq qərarı verdi

  Amerika Birləşmiş Ştatları Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Qurumundan (UNESCO) çıxma qərarı verdi.

  ABŞ səlahiyyətliləri beynəlxalq informasiya agentliyi “Associated Press”ə (AP) verdikləri açıqlamada bildiriblər: “Fələstinin üzvlüyü məsələsiylə bağlı uzun müddətdir davam edən müzakirələrdən sonra bu qərara gəldik.”  

  ABŞ-ın UNESCO üzvlüyündən ayrılmasında həmçinin İsrailə qarşı tutduğu mövqenin də təsiri olduğu bildirilərək çıxma qərarının 2017-ci ilin 31 dekabrından qüvvəyə minəcəyi qeyd edilib.

  Qeyd edək ki, UNESCO 2011-ci ildə Fələstini tam hüquqlu üzv qəbul etdikdən sonra ABŞ ödəməni kəsib. Hal-hazırda ödənməmiş borcun dəyəri 500 milyon dollara çatıb.

  UNESCO isə ABŞ-ın çıxma qərarını "Birləşmiş Millətlər Təşkilatı ailəsinə” və çoxtərəfliliyə itki olaraq dəyərləndirib.



Әlaqәli Xәbәrlәr