Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığa dair müqavilə imzalandı

Səudiyyə Ərəbistanının Rusiyada yüksək texnologiyalı hərbi sistemləri satın almaq və ölkədə istehsal etmək üçün əməkdaşlığa dair müqavilə imzaladığı bildirildi.

Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığa dair müqavilə imzalandı

Rəsmi xəbər agentliyi SPA-in Səudiyyə Ərəbistanı Hərbi Sənaye şirkətinə istinadən yaydığı xəbərdə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin Rusiyanın müdafiə sənayesi sahəsində qabaqcıl firmalarından biri olan “Rosoboronexport” ilə yüksək texnologiyalı müdafiə və silah sistemlərinin satın alınması, ortaq istehsal və təlim məsələlərində əməkdaşlığa dair müqavilə imzaladığı bildirilir.

Xəbərdə müqaviləyə əsasən TOS-1A, Kornet-EM ağır odsaçan artilleriya sistemləri, AK-103 avtomat tüfəng, S-400 zenit raket komplekslərinin satın alınacağı ifadə edilir.

Xəbərdə müqaviləyə görə, Rusiya tərəfindən texnologiyanın transferinin davamlı ola bilməsi ilə bağlı işlər görüləcəyi və bu işlərin Səudiyyə Ərəbistanının müdafiə sənayesinin inkişafında təməl rolunu oynayacağı qeyd edilir.

 

 



Әlaqәli Xәbәrlәr