Vladimir Putin neft istehsalının azalmasından danışdı

Rusiya prezidenti Vladimir Putin neft istehsalının azalmasına dair müqavilənin uzadılması barəsində hələ dəqiq bir şey söyləməyin mümükün olmadığını bildirdi.

Vladimir Putin neft istehsalının azalmasından danışdı

Rusiya prezidenti Vladimir Putin Enerji Həftəsi Forumunda iştirak etdi.

Forumda çıxış edən prezident Neft İxrac Edən Ölkələr Təşkilatı- OPEC ilə OPEK üzvü olmayan ölkələr arasındakı müqavilənin gələcəyi barəsində:" Neft istehsalının  azaldılamsına dair müqavilə uzadılacaqsa, ən azı 2018-ci ilin sonuna qədər uzadılmalıdır" dedi.

Dövlət başçısı Rusiyanın müqavilə çərçivəsində günlük 300 min barellik azalma öhdəliyini də xatırladaraq:"Bu öhdəliyimizi müqavilənin sona çatacağı 2018-ci ilin mart ayınadək yerinə yetirməyə davam edəcəyik" deyə bildirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr