"Bu gün DAEŞ üçün vuruşan 2500 avropalı müəyyən olunub", J.Kerçove

Avropa İttifaqının Terrorla Mübarizə koordinatoru Jil de Kerçove (Gilles De Kerchove) İraq və Suriyada terror təşkilatı DAEŞ üçün vuruşan 2500 avropalının olduğunu dilə gətirdi.

"Bu gün DAEŞ üçün vuruşan 2500 avropalı müəyyən olunub", J.Kerçove

   Alman qəzeti “Die Welt”ə verdiyi açıqlamada J.Kerçove terror təşkilatı DAEŞ-lə birlikdə vuruşan avropalılarla bağlı məlumat verdi. İraq və Suriyada DAEŞ cərgələrində 2500 avrupalının olduğunu deyən Aİ-nin Terrorla Mübarizə koordinatoru bu səbəbdən münaqişə bölgələrində hərbi birliklərlə əməkdaşlıq qurulduğunu və bu sayədə Avropadakı təhlükəsizlik orqanlarının barmaq izlərilə bağlı məlumat əldə etmək imkanlarının olduğunu söylədi.

  Kerçove DAEŞ sıralarında döyüşən və Avropaya qayıdan vətəndaşların vaxtında müəyyən edilməsi üçün Aİ daxilində biometrik göstəricilərin dəyişmək lazım olduğunu bildirdi. O, Somali və Yəmən kimi digər münaqişə bölgələrinə gedəcək avropalıların çox olmadığı qənaətindədir. 

  Aİ Terrorla Mübarizə koordinatoru onu da bildirib ki, “Artıq DAEŞ bu mövzuda strategiyanı dəyişib. Təşkilat avropalıları döyüşə cəlb etməkdənsə, elə Suriya və İraqlılara üstünlük verməyi qərara alıb."



Әlaqәli Xәbәrlәr