Beynəlxalq Təşkilatlar Aung San Suu Çini səssiz qaldığı üçün tənqid etdilər

Beynəlxalq Amnistiya Təşkilatı və İnsan Haqlarını MüşahidəTəşkilatı Myanma xarici işlər naziri və ölkənin dövlət müşaviri Aung San Suu Çini Arakan müsəlmanlarına qarşı zorakılıq qarşısında səssiz qaldığı üçün tənqid etdilər.

Beynəlxalq Təşkilatlar Aung San Suu Çini səssiz qaldığı üçün tənqid etdilər

Beynəlxalq Amnistiya Təşkilatı və İnsan Haqlarını MüşahidəTəşkilatı Myanma xarici işlər naziri və ölkənin dövlət müşaviri Aung San Suu Çini Arakan müsəlmanlarına qarşı zorakılıq qarşısında səssiz qaldığı üçün tənqid etdilər.
  
 Birləşmiş Millətlər Təşkilatında mətbuat konfransı keçirən iki qeyri-hökumət təşkilatının nümayəndələri Myanmada Arakan müsəlmanlarına qarşı zorakılığa diqqət çəkərək, beynəlxalq ictimaiyyəti bununla bağlı hərəkət etməyə çağırdılar.
 
 Beynəlxalq Amnistiya Təşkilatının Böhran Müdaxilə şöbəsinin direktoru Tirana Hassan Banqladeşdən video konfransla bağlanaraq verdiyi açıqlamada Myanma ordusunun vətəndaşlara "gəlişigözəl" atəş açdığını söylədi.
 
 Arakanlı müsəlmanların kəndlərinin hədəf alınaraq yandırıldığını bildirən Hassan:"Rohingyalıların varlığı və əsas hüquqları inkar edilir" dedi.
 
 İnsan Haqlarını Müşahidə Təşkilatının Birləşmiş Millətlər Təşkilatı üzrə direktoru Luis Charbonneau: "Rohingyalılar Myanmadan tamamilə çıxarılır və bu, etnik təmizliyin bütün izlərini göstərir" ifadəsini işlətdi.
 
 Charbonneau: "BMT Təhlükəsizlik Şurasının Myanmadakı zorakılıq hadisələrini bağlı qapılar arxasında müzakirə etməsi işə yaramır"deyə  danışdı.
 
 İllərlə ev həbsində olan Suu Çiinin azad olunması məsələsində  aktiv kampaniya aparan hər iki qeyri-hökumət təşkilatının nümayəndələri Nobel Sülh Mükafatı laureatı Çini arakanlı müsəlmanlara qarşı zorakılıq qarşısında səssiz qaldığına görə tənqid etdilər, Çi ilə bağlı ümidlərinin boşa çıxdığını bildirdilər.

 
Myanma ordusunun silahlı döyüşçülərlə mübarizə bəhanəsi ilə Arakanda vətəndaşlara qarşı təcavüzlərində 25 avqustdan bu yana minlərlə müsəlman həlak oldub. Myanma rəhbərliyinin bölgəyə giriş- çıxışlara icazə verməməsi səbəbindən ölən mülki vətəndaşların sayı tam olaraq müəyyən oluna bilinmir.
 
 Hücumlarda 150-dən çox kənd ordu və buddist millətçilər tərəfindən yandırılıb. On minlərlə Arakan müsəlmanı bölgədən qaçmağa çalışır. Myanmadan qaçan insanlar dağlıq bölgələr, Naf çayı, və ya dəniz yolu ilə Banqladeşə keçirlər. BMT-nin məlumatlarına görə, avqustun 25-dən bu yana Banqladeşə pənah aparanların sayı 370 minə çatıb.



Әlaqәli Xәbәrlәr