Çin Xalq İnqilabı Hərbi Muzeyi ziyarətə açılıb

Çin Xalq Azadlıq Ordusunun yaranmasının 90-cı ildönümü münasibətiylə Çin Xalq İnqilabı Hərbi Muzeyi ziyarətə açılıb.

792329
Çin Xalq İnqilabı Hərbi Muzeyi ziyarətə açılıb

 

Paytaxt Pekindəki muzeyə girişlər 1 ay pulsuz olacaq. Qərarın açıqlanması ilə xalq muzeyə axışıb.

Muzeydə 300-dən çox əsər, həmçinin Çin-Yaponiya müharibəsi və İkinci Dünya Müharibəsindən bəzi əsərlər, eləcə də mövcud orduya məxsus bəzi silahlar nümayiş olunur.

Muzeydə ən çox maraq toplayan əsərlərin başında Silahlar, tanklar, zirehli texnikalar və təyyarələr gedir.

Pekinin nəhəng binalarından biri hesab edilən Muzey 1960-cı ildə yaradılıb. Bina təxminən 160.000 kvadratmetr ərazini üzərində yerləşir.



Әlaqәli Xәbәrlәr