Hindistan müsəlmanları deportasiya edir

Hindistan ölkədə qeyri-qanuni yaşadıqları üçün 40 min arakanlı müsəlmanı deportasiya etmək istəyir, bununçün Banqladeş və Myanma ilə danışıqlar aparır.

788530
Hindistan müsəlmanları deportasiya edir

  On minlərlə Arakan müsəlmanı əksəriyyətin bütpərəstlər olduğu Myanmardan ötən əsrin 90-cı illərində onlara edilən zülmdən qaçaraq Banqladeşdə yaşamağa başlamışdı, bir qismi isə sonralar hinduların çoxluq təşkil etdiyi Hindistana keçmişdi.

  Hindistan Daxili İşlər Nazirliyinin sözçüsü K.Ş.Dhatvalia Hindistanda yaşayan yalnız 14 min arakanlı müsəlmanın Birləşmiş Millətlər Təşkilatı Mühacir Agentliyində (UNHCR) qeydiyyatda olduğu, qalanının isə ölkədə qeyri-qanuni qaldığını söyləyib.

  Hindistan Daxili İşlər Nazirliyinin məsul dövlət naziri Kiren Ricicu da parlamentdə etdiyi çıxışında federal hökumətin əyalət hökümətlərinə ölkədə qeyri-qanuni qalan xarici vətəndaşları müəyyənləşdirmək və onları deportasiya etmək üçün tapşırıq verib.



Әlaqәli Xәbәrlәr