Taliban 30 polis әmәkdaşını qәtlә yetirdi

Əfqanıstanın şimal-şərqində yerləşən Badahşan vilayətində Taliban qruplaşması girov götürdüyü 30 polis əməkdaşını qətlə yetirib.

775667
Taliban 30 polis әmәkdaşını qәtlә yetirdi

Əfqanıstanın şimal-şərqində yerləşən Badahşan vilayətində Taliban qruplaşması girov götürdüyü 30 polis əməkdaşını qətlə yetirib.

Әldә olunan mәlumata görə, terrorçular Tegap rayonundakı polis bölməsinə hücum etdikdən sonra polisləri girov götürüblər.

Məlumatda girov götürülən polislərin Taliban qruplaşması tərəfindən qətlə yetirildiyi bildirilib.

Badahşan Valisi Ahmad Faisal Begzad isə hücum nəticəsində 11 polis əməkdaşının öldürüldüyünü açıqlayıb.

Ahmad Faisal Begzad məsələ ilə bağlı istintaqın başladığını açıqlayıb.

Taliban sözçüsü Zabidullah Mücahid isə hücum nəticəsində girov götürdükləri 46 polisi öldürdüklərini iddia edib.



Әlaqәli Xәbәrlәr