Fransa Qәtәrә sanksiya tәtbiq edәn ölkәlәrә çağırış edib

Fransanın XİN rәhbәri  Jean-İv Le Drian Ərəb ölkələrinə  Qətərə tətbiq etdikləri və xalqa zərər verən sanksiyaları aradan qaldırmaları ilә әlaqәdar çağırış edib

Fransa Qәtәrә sanksiya tәtbiq edәn ölkәlәrә çağırış edib

Ötәn hәftә sonu Qətərin paytaxtı Dohaya səfər edәn Jean-İv Le Drian qәtәrli hәmkarı Mәhәmmәd bin Əbdürrəhman Әl Sani ilə bir araya gәlib.

"Fransa əhaliyə, xüsusilə də üzvləri müxtəlif ölkələrdən olan və ayrı düşən ailələrə aid tədbirlərin daha tez bir zamanda ləğvinə çağırıb", - deyə Jean-İv Le Drian bildirib.

Jean-İv Le Drian Qәtәr  böhranının  hәll edilmәsi üçün Küveytin sәrf etdiyi sәylәrini dәstәklәdiklәrini bildirib.

Qeyd edәk ki, ötәn hәftә Qәtәrә sәfәr edәn ABŞ Dövlәt Katibi Raks Tillerson da Küveyt vә  İngiltәrә XİN rәhbәrlәri ilә birlikdә Qәtәr böhranının tez bir zamanda hәll edilmәsi ilә әlaqәdar çağırış etmişdilәr.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsdiklәrini  elan etmişdi.



Әlaqәli Xәbәrlәr