Ali Məhkəmə binasına hücum edilib

Venesuelada Ali Məhkəmənin binasına  vertolyot ilǝ hücum edilib.

760586
Ali Məhkəmə binasına hücum edilib

 Məhkəmə  binasına   bir neçə qubmara atılıb.  Ancaq  qumbaralar  patlamayıb.  Hücum  zamanı   Ali Məhkəmənin binasında tədbir keçirilirdi. Bu da  onlarla qurbanla nəticələrə bilərdi. Bunu  dövlət başçısı Milli Televiziya idə çıxışında bildirilib. Onun sözlərinə görə, helikopter Ali Məhkəmə binasını atəşə tutandan sonra  DİN-in binası üzərinə uçub.

Rabitə və informasiya naziri Ernesto Vilyeqasa bildirib ki, hücumda  polisdən oğurlanmış helikopterdən istifadə edilib. Helikopterdən «350 azadlıq» şüarı yazılan plakat asılıb.

Məlumdur ki, oğurlanmış  helikopteri  xüsusi hərbi hazırlığı olan və elit güc strukturlarında təcrübəli olan zabit Oskar Peres idarə edib. O, instagramda paylaşdığı videoda Venesuela xalqını "quldur hökumətə" qarşı çıxmağa çağırıb. Ali Məhkəməyə hücumdan sonra Karakas küçələrinə zirehli texnika yeridilib.

Qeyd  edək ki, ölkədə Aprel ayında başlayan nümayişlər tez-tez qarşıdurmalara səhnə olur. 1 Apreldən bəri törədilən şiddət hadisələrində 70-dən çox adam  həyatını  itirib.  



Әlaqәli Xәbәrlәr