Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılacaq

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarına gəliblər.

758178
Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılacaq

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarına gəliblər.

Bu barədə Aİ-nin sədri Donald Tusk Belçikanın paytaxtı Brüsseldə davam edən  Aİ dövlət rəhbərlərinin sammiti davam edən zaman özünün “twitter” hesabında məlumat verib.

Tusk bildirib ki, razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirməməsi səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq.

Qəyd edək ki, Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Cümhuriyyətini və Sivastopol şəhərini qeyri-qanuni ilhaq etmişdi.

Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Aİ, ABŞ və bir sıra ölkələr Rusiyaya iqtisadi sanksiya tətbiq etmə qərarına gəlmişdi.



Әlaqәli Xәbәrlәr