"Böhranın Ramazan ayında həllə qovuşdurulacağına ümid edirəm"

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Körfəz ölkələri arasındakı “kədərli ziddiyətlərin” Ramazan ayında həllə qovuşdurulmasına ümid etdiyini bildirib.

755080

Əmir Sabah Küveyt dövlət televiziyasında yayımlanan müraciətində deyib ki, bu fəzilətli ayda və mübarək gecələrdə Körfəzdə yaşanan problemlərin, kədərli ziddiyyətlərin dialoq vasitəsilə həllinə ümid edirik.

Körfəz ölkələri arasındakı tarixi əlaqələrə, səmimi ailə əlaqələrinə və ortaq mənfəətlərə diqqət çəkən Sabah bu çərçivədə xalqın ümid və gözləntilərinin gerçəkləşməsi və vəfalı əlaqələrin qorunması üçün vacib olan cəhdi göstərəcəklərini ifadə edib.

Sabah ayrıca terror təhdidindən xəbərdar olan Küveytin terrorun hər növü ilə mübarizə üçün beynəlxalq ictimaiyyətlə həmrəy olduğunu və terrorun dayaq götürdüyü mənbələri kəsmək üçün cəhd göstərdiyini də söyləyib.

Әlaqәli Xәbәrlәr