Donald Trump İslam dünyasını Ramazan ayı münasibətilə təbrik etdi

Ağ Ev Trumpın Ramazan təbrikini paylaşdı.

740292
Donald Trump İslam dünyasını Ramazan ayı münasibətilə təbrik etdi

 Ağ Ev Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Ramazan təbrikini paylaşdı.
 

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bütün İslam dünyasının Ramazan ayını təbrik edərək:"Amerika xalqı adından bütün müsəlmanlara rahat Ramazan keçirmələrini arzulayıram" deyir.


ABŞ prezidenti Ramazan ayında zorakılığı rədd etmək, sülhü davam etdirmək və məhrum olanlara yardım etmə ruhu olduğunu qeyd edir, son dövrdə İngiltərə və Misirdə bu ruha zidd şəkildə baş verən terror hücumlarına diqqət çəkir.
 
 Trump bu növ terror aktlarının terrorçulara qarşı cəmiyyəti daha da gücləndirdiyini bildirir.
 
 Səudiyyə Ərəbistanı səfərində İslam dünyasının bir çox lideri ilə görüşlərini xatırladan Trump : "Müsəlman dünyasının iki müqəddəs məkanını birləşdirən ərazilərdə, bütün dünyada sülh, təhlükəsizlik və tərəqqi naminə birgə əməkdaşlıq əzmimizi ifadə etmək üçün bir araya gəldik. ABŞ müttəfiqləri ilə birlikdə terrorizmə və onu bəsləyən ideologiyaya qarşı duracaqdır" deyir.
 
 Ramazan ayı boyu hər kəsi əlindən gələni etmək üçün əzmli olmağa dəvət edən Trump: "Beləliklə, bizdən sonrakı nəsillər bu bəladan uzaq qala biləcək və sülh içində bir araya gələrək, ibadətlərini yerinə yetirəcəklər" ifadəsini işlədir.
 
Donal Trump təbrikində bütün müsəlmanlara oruc, ibadət və xeyiri birləşdirən bir Ramazan keçirməyi arzu edir.



Әlaqәli Xәbәrlәr