Manchesterdə yeni bomba həyəcanı

“Reuters” xəbər agentliyi ötən gün gecə 22 nəfərin öldüyü terror hücumunun törədildiyi İngiltərənin Manchester şəhərində Arndale ticarət mərkəzinin boşaldıldığını bildirib.

737625

Şahidlər polis işçilərinin mühasirəyə aldığı ticarət mərkəzində güclü partlayış səsinin eşidildiyini ifadə ediblər. 

“Reuters”in şahidlərdən əldə etdiyi məlumata əsasən, ticarət mərzəsindən xeyli sayda insan qaçaraq uzaqlaşır.

Bir şahid “Əl-ələ verib çölə qaçan insanlar var” ifadəsini işlədib.

Şəhərdə mayın 23-də gecə saatlarında amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyasından sonra terror təhlükəsinə dair xəbərdarlıq edilmişdi.

Әlaqәli Xәbәrlәr