Mançesterdə törədilən terror aktı nəticəsində 22 nəfər ölüb

İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

737154
Mançesterdə törədilən terror aktı nəticəsində 22  nəfər ölüb

İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bu barədə Mançester polisinin verdiyi məlumatda  bildirilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. 

İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdə baş verən hadisəni dəhşətli terror aktı adlandırıb.



Әlaqәli Xәbәrlәr