Türkiyə - Ərəb Əlaqələri Konfransı: yekun və nəticələr

Küveytdə Türkiyə ilə ərəb ölkələri arasında Küveyt Baş naziri Cabir Mübarək Sabahın təşəbbüsü ilə keçirilən Türkiyə-Ərəb Əlaqələri Konfransı sona çatıb.

Türkiyə - Ərəb Əlaqələri Konfransı: yekun və nəticələr

   Konfransın təşkilatçısı, komitənin sədri Abdullah Akkaş bağlanış çıxışında Türkiyə - Ərəb Mədəni Əlaqə Mərkəzinin qurulmasına qərar verildiyini və bu mərkəzin Türkiyə ilə ərəb ölkələri arasında fikri, ədəbi və strateji əlaqələri artıracağını söyləyib.

  Baş ofisi Küveytdə olacaq Türkiyə - Ərəb Mədəni Əlaqə Mərkəzində konfrans çərçivəsində reallaşan iclas məruzələrinin, "Mədəni dəyişikliklər qarşısında ərəblər və türklər", "Qədim mirasdan gələcəyə tarixi yol", "Mədəni əlaqələrin qarşılıqlı inkişafa təsiri", "Ortaq problemlər qarşısında İslam dünyasının gələcəyi" və "Suriya nümunəsində qeyri-hökumət təşkilatlarının oynadığı rol" kimi mövzuların müzakirə ediləcəyi bildirilib.

  Sonda gələn 2018-ci ildə Türkiyə - Ərəb Əlaqələri Konfransının Türkiyədə keçirilməsi təklifi irəli sürülüb.



Әlaqәli Xәbәrlәr