Tramp NAFTA-nı ya ləğv, ya da yenidən müzakirə edəcək

Robert Laytizer ölkənin Kanada və Meksika ilə 23 il əvvəl imzaladığı Şimali Amerika Sərbəst Ticarət Müqaviləsinin, yəni NAFTA-nın yenidən müzakirəsi üçün Konqresə rəsmi məktub göndərib.

Tramp NAFTA-nı ya ləğv, ya da yenidən müzakirə edəcək

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Ticarət nümayəndəsi Robert Laytizer ölkənin Kanada və Meksika ilə 23 il əvvəl imzaladığı Şimali Amerika Sərbəst Ticarət Müqaviləsinin, yəni NAFTA-nın yenidən müzakirəsi üçün Konqresə rəsmi məktub göndərib. Bununla Tramp rəhbərliyi qanunlar çərçivəsində NAFTA-nın yenidən müzakirəsinə 90 gün sonra, yəni 16 avqustan etibarən başlama haqqı əldə etmiş olub.  

  Laytizer Konqresə göndərilən məktubunda bildirilir: "23 il əvvəl olan razılaşma dəyişən ABŞ iqtisadiyyatıyla artıq uyğunlaşmır. Yenidən müzakirə və amerikalılara yaxşı maaşlı məşğulluq imkanları yaratmaq istəyirik… D.Tramp rəhbərliyi 90 gün içində Konqres üzvləriylə bir araya gələrək yenidən müzakirələrdə konkret bir strategiya izləməyəcək... NAFTA 1,2 trilyon dollarlıq həcmi ilə dünyanın ən böyük ticarət müqavilələrindən biri və qlobal ticarət üçün əhəmiyyət kəsb etməlidir.”

  Qeyd edək ki, ABŞ prezidenti Trampın ən böyük seçki vədlərindən biri, xüsusilə, sənaye sektoruna zərər verdiyi iddia edilən NAFTA-nı ya ləğv, ya da yenidən müzakirə etmək idi.


Etiketlәr: Tramp NAFTA

Әlaqәli Xәbәrlәr