Dünyada dörd işləyəndən biri afrikalı olacaq

Birləşmiş Millətlər Təşkilatı Afrika əhalisinin artımı səbəbindən 2050-ci ildə dünya səviyyəsində dörd işləyəndən birinin afrikalı olacağını bildridi.

735139
Dünyada dörd işləyəndən biri afrikalı olacaq

Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan, iki gün davam edəcək Davamlı İnkişaf Afrika Regional Forumu çox sayda afrikalı nazir və mütəxəssisin iştirakı ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə başladı.

Forumda davamlı inkişaf hədəfləri, qitənin son vəziyyəti, atılacaq addımlar müzakirə olunur.

BMT Afrika İqtisadiyyat Komissiyasının baş katibi Vera Songwe açılış nitqində qitədə böyüyən qeyri-bərabərlik və işsizlik hallarının da toplantılarda müzakirə olunacağını bildird.

Toplantı iştirakçılarına BMT-nin Afrika ilə əlaqədar hazırladığı hesabat paylanıldı.

Hesabatda Afrika qitəsinin gələcək illərdə üzləşəcəyi ən böyük problemlərindən birinin işsizlik olacağı qeyd olunur. Afrikada 10 il ərzində 110 milyon nəfərlik iş yerlərinin açılmasının vacibliyi vurğulanır, keçən 10 ildə cəmi 37 milyon nəfərlik iş yerinin açıldığı bildirilir.

 



Әlaqәli Xәbәrlәr