Donald Trumpın kabineti quruldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın kabinetinin qurulması prosesi  əmək naziri seçilən Alexander Acostanın Senat tərəfindən təsdiq edilməsilə başa çatdı.

721975
Donald Trumpın kabineti  quruldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın kabinetinin qurulması prosesi  əmək naziri seçilən Alexander Acostanın Senat tərəfindən təsdiq edilməsilə başa çatdı.
 
  ABŞ Senatında  Alexander Acostanın namizədliyinin əleyhinə 38, lehinə 60 səs verildi və Acosta  ölkənin yeni əmək naziri oldu.
 
 Daha əvvəl George  W. Bush hökumətinin tərkibində olan Acosta Donald Trumpın kabinetində təsdiq gözləyən son namizəd idi.
 
 Acostanın namizədliyinin təsdiq olunması ilə  yeni hökumətin 100-cü günündəTrumpın 15 nəfərlik nazirlər kabineti quruldu.

 Son olaraq Florida Beynəlxalq Universitetinin Hüquq Fakültəsinin dekanı vəzifəsini icra edən Acosta Trumpın kabinetindəki yeganə ispan mənşəli nazirdir.
 
 Acostanın bu gün and içərək vəzifəsinə başlaması gözlənilir.
 
 Qeyd edək ki ,Trumpın  əmək naziri vəzifəsinə ilk irəli sürdüyü namizəd Andrew Puzder isə iş və şəxsi həyatı ilə bağlı tənqidlər səbəbindən namizədliyini geri çəkmişdi.
 
 Müxalifət Puzderə qarşı minimum əmək haqqının artırılmasına qarşı çıxması,  qeyri- qanuni  fəhlə işlətməsi, keçmiş həyat yoldaşına qarşı zorakılıq tətbiq etməsi ilə bağlı iddialar irəli sürmüşdü.
 
 
 



Әlaqәli Xәbәrlәr