Şübhəli Belçikanın Antverpen şəhərində polis bölməsinə gəlib

Parisdə dünən baş verən atışmadan sonra axtarışa verilən şəxs Belçikanın Antverpen şəhərində polis bölməsinə gəlib.

Şübhəli Belçikanın Antverpen şəhərində polis bölməsinə gəlib

Parisdə dünən baş verən atışmadan sonra axtarışa verilən şəxs Belçikanın Antverpen şəhərində polis bölməsinə gəlib.

Belçikanın “Belga” xəbər agentliyi baş verən hücumla əlaqəli olaraq axtarışda olan 39 yaşındakı Youssouf El Osri adlı şübhəlinin polis bölməsinə gəldiyini bildirib.  

Fransanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Anri Brande bildirib ki, daha sonra onun evində axtarış həyata keçirilib. “Axtarışın ilkin səbəbi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Ona görə də indiki halda bu şəxsin Parisdə baş verən hücum arasında bağlılığını söyləmək olmaz”, - deyə o bildirb.

Terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü Parisdəki hücumda bir polis həyatını itirmiş, biri ağır olmaqla  iki polis əməkdaşı isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr