"İran nüvə proqramına dair sazişin əsaslarına uyğun rəftar etmir",D.Tramp

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair sazişin əsaslarına uyğun rəftar etmədiyini ifadə edərək, qarşıdakı prosesdə addımlar atacağını söyləyib.

Donald Tramp İtaliyanın baş naziri Paolo Centiloni ilə Ağ Evdə təşkil etdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Tramp İran ilə P5 + 1 ölkələrinin 2015-ci ildə imzaladığı nüvə proqramına dair sazişlə əlaqəli bir suala cavabən deyib ki, bu sazişin "əskik" cəhətləri var və mən bunu əsla imzalamayacağam.

"İran sazişin ruhuna uyğun davranmır. Davranmaq məcburiyyətində amma davranmır.

"Nə edilə biləcəyinə baxacaqlarını" bildirən Trump vurğulayıb ki, mən bütün sazişlərə tərəfdaram. amma bu çox pis bir saziş, gördüyüm, imzalanmış ən pis sazişdir. Biz mövzunu çox diqqətli bir şəkildə analiz edirik və yaxın zamanda bu sahədə atacağımız addımlar olacaq.

Donald Tramp Şimali Koreyanın raket sınaqlarına dair suala da cavab verərək deyib ki, Şimali Koreya mövzusunda vəziyyət yaxşıdır.

Çin dövlət başçısı Şi Jinping ilə keçən həftələrdə görüşdüyünü və bu ölkənin liderinə böyük hörmət duyduğunu ifadə edən Trump Şinin Şimali Koreya mövzusunda əlindən gələni edəcəyinə inancını dilə gətirib.

Әlaqәli Xәbәrlәr