Fransada polisə hücum

Parisin “Yelisey Çölləri” prospektində silahlı şəxs polis əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, iki polis əməkdaşı yaralanıb.

Fransada polisə hücum

Parisin “Yelisey Çölləri” prospektində silahlı şəxs polis əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, iki polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücumun məsuliyyətini DEAŞ üzərinə götürüb. 

Hadisəni törədən şəxs zərərsizləşdirilib. Şahidlər bildiriblər ki, ətrafda insanların olmasına baxmayaraq silahlı şəxs maşından düşərək birbaşa polisə hücum edib.

Fransa Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henri Brandet hücum ilə əlaqədar mətbuata açıqlamalar verib.

Sözçü silahlı şəxsin maşınını saxlayaraq avtomat silahla prospektdəki polis avtomobilinə atəş edərək içindəki polisin ölümünə səbəb olduğunu bildirib.

Prezident Fransua Olland ilk məlumatların insidentin terror aktı olduğuna işarə etdiyini bildirib və  xalqa müraciət edərək görülən təhlükəsizlik tədbirlərindən danışıb.

Paris Prokurorluğu Terror Ofisinin hadisə ilə əlaqəli istintaq başlatdığını qəyd edən Olland təcavüzkarın məqsədi barədə və ona yardım edənlərin olub olmadığı mövzusunda araşdırma aparıldığını deyib.

“Əmin-amanlığımız təhlükədədir” deyən Olland bildirib ki, təhlükəsizlik qüvvələrinin vəzifələrini layiqincə yerinə yetirmələri üçün hər kəs əlindən gələn köməkliyi göstərməlidir.

Fransalı məslullar davam edən istintaqa görə hücumu həyata keçirənin şəxsiyyətini açıqlamayıb; DEAŞ-ın xəbər mənbələri təcavüzkarın adının Əbu-Yusif Əl-Baljiki olduğunu elan edib.

Fransız polisi ölən təcavüzkarın Parisin şərqində yerləşən evində axtarış işləri başladıb.

Bazar günü keçiriləcək prezident seçkilərində hazırlaşan və fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çıxarılıb. Hücum ölkədə ciddi narahatlığa səbəb olub.

Fransa prezidenti Olland İngiltərəyə səfərini, prezidentliyə namizəd olan Marine Le Pen və Fransua Fillon da bugünə olan təbliğat proqramlarını ləğv ediblər.

ABŞ prezidenti Tramp İtaliyanın baş naziri Paolo Gentiloni ilə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında hücumu pisləyib və Frasız xalqına başsağlığı diləyib.



Әlaqәli Xәbәrlәr