BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya xəbərdarlıq etdi

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın aprelin 16-da həyata keçirdiyi nüvə sınağını sərt şəkildə pisləyərək, yeni sanksiyalar tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə fəaliyyətlərini müzakirə edib.

Daha sonra yayımlanan və yekdilliklə qəbul edilən bəyanatda Şimali Koreyanın aprelin 16-da həyata keçirdiyi nüvə sınağı sərt şəkildə pislənib.

Bəyanatda bildirilib ki, Şimali Koreyanın sabitliyə zərər verən kəskin addımları və BMT təhlükəsizlik Şurasının qərarlarını açıq şəkildə pozaraq ballistik raket sınağı həyata keçirməsi ciddi narahatlıq doğurmuşdur. Bu addımlar bölgədə gərginliyi dərinləşdirir. Şimali Koreya gərginlik yaradan addımlarına və raket sınaqlarına son qoymalıdır.

BMT təhlükəsizlik Şurası Şimali Koreyanın təhdidamiz mövqeyini davam etdirəcəyi təqdirdə yeni sanksiyalarla qarşı-qarşıya qalacağı barədə xəbərdarlıq da edib.

Әlaqәli Xәbәrlәr