Almaniyadakı Eyüp Sultan məscidinə hücum

Almaniyanın Leypsiq (Leipzig) şəhərindəki Eyüp Sultan Məscidinə kimliyi bilinməyən adamlar hücum edib.

Almaniyadakı Eyüp Sultan məscidinə hücum

  Məscidin dərnək sədri İsmail Özgan hadisə ilə bağlı deyib: “Sübh namazı üçün saat 04.30 radələrində məscidə gedən molla hasara zərər verildiyini görüb. Divara qara rəng sürtmüşlər, təhqirli sözlər yazmışlar, yeni düzəltdiyimiz lövhələr zədələnib."

  O saatlarda hasara vurulan qara rəngin yeni olduğunu nəzərə alaraq məscidin mollası bu hücumun sübh 4.00 kimi təşkil edildiyini təxmin edir.  

  Polis hadisə yerinə gedib, kamera görüntülərini alıb, istintaqa başlayıb.

  Qeyd edək ki, Almaniyada bu həftənin əvvəli paytaxt Berlində bir Türkiyə dərnəyinə hücum edilib, dünən isə Frayburq-im-Braysqau (Freiburg im Breisgau) şəhərində bir məscidə svastik xaç çəkilib.



Әlaqәli Xәbәrlәr