Sergey Lavrov  Steffan de Mistura ilә görüşüb

Rusiyanın  Xarici İşlər naziri Sergey Lavrov Rusiyada  rəsmi səfərdə olan Birləşmiş Milletler Təşkilatının Suriya üzrə xüsusi elçisi Steffan de Mistura ilə görüşüb.

697150
Sergey Lavrov  Steffan de Mistura ilә görüşüb

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumata görə,  S. Lavrov  və S. de Mistura martın 23-də İsveçrənin Cənəvrə şəhərində başlaması planlaşdırılan Suriya üzrə sülh danışıqlarının 5-ci turundan əvvəl son prosesləri qiymətləndiriblər.

Qeyd edək ki,  Sergey Lavrov  danışıqlardan əvvəl Steffan de Mistura ilə son prosesləri müzakirə etmələrinin vacib olduğunu qeyd edib.

Steffan de Mistura isə bölgədə irəliləyişin olduğunu qeyd edәrәk: ‘‘Siyasi baxımdan da irəliləyiş  əldə olunmalıdır.  Bu səbəblə son  vəziyyəti qiymətləndirmək üçün Rusiyaya səfər etdim. Buradan da  Ankaraya səfər edəcəm. Türkiyə bu mövzuda əhəmiyyətli tərəfdaşımızdır’’ deyib.

Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi elçisi bu gün Türkiyəyə səfər edəcək.



Әlaqәli Xәbәrlәr