ABŞ-Çin əlaqələrində yeni dövrə qədəm qoyuldu

ABŞ dövlət departamentinin rəhbəri Rex Tillerson, Şərq Asiya ölkələri əhatə edən səfəri çərçivəsində getdiyi Çində dövlət başçısı Şi Cinping ilə görüşüb.

ABŞ-Çin əlaqələrində yeni dövrə qədəm qoyuldu

Vaşinqton rəhbərliyinin sülhə əsaslanan qazan-qazan pirinsipiylə iki ölkə əlaqələrinin inkişafını istədiklərini ifadə edən Dövlət katibi Tillerson, ABŞ prezidenti Donal Trumpın Çin ilə qarşılıqlı əlaqələrin inkişafını istədiyini və gələcəkdə Çini ziyarət edəcəyini bildirib.

Çin Dövlət Başçısı Şi də, iki ölkə arasındakı əlaqələrin inkişafına töhvə verəcək yeni bir dövrün başlamasını gözlədiyini ifadə edərək, Trump ilə keçən ay etdiyi telefon danışığı zamanı Vashington-Pekin əməkdaşlığının inkişafı mövzusunda mütabiq qaldıqlarını xatırladıb.

Digər tərəfdən Şi və Tillerson arasındakı görüşdən bir neçə saat əvvəl Şimali Koreya ordusu bir raket mühərrikini sınaq etdiyini və bunun, ölkənin raket sanayilerinin "yenidən doğuşu" olduğunu bildirib.

Tillersonın Şənbə günü Çinli həmkarı Vang Yi ilə keçirdiyi görüşdə, Şimali Koreyanın nüvə proqramının dayandırılması üçün lazımlı addımların atılması mövzusunda razılıq  əldə   edilmişdi.   



Әlaqәli Xәbәrlәr