Rex Tillerson Rusiya ilə əməkdaşlıq məsələsindən ehtiyatla danışdı

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson G-20 toplantısı üçün getdiyi Almaniyanın Bonn şəhərində ilk dəfə Rusiyanın və digər ölkələrin xarici işlər nazirləri ilə görüşdü.

tillerson-lavrov1.jpg

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson G-20 toplantısı üçün getdiyi Almaniyanın Bonn şəhərində ilk dəfə Rusiyanın və digər ölkələrin xarici işlər nazirləri ilə görüşdü.
 
 Rex Tillerson Rusiya ilə əməkdaşlıq məsələsi barədə ehtiyatlı danışdı, yaxın gələcəkdə Washingtonun Rusiya siyasətində bir dəyişiklik olmayacağına işarə etdi.
 
ABŞ dövlət katibi Rusiya xarici işlər naziri Sergey Lavrova ABŞ-ın və müttəfiqlərinin xeyrinə olduğu təqdirdə  Rusiya ilə əməkdaşlıq edəcəyini bildirdi.
 
 Tillerson: "ABŞ amerika xalqına fayda gətirəcək əməli əməkdaşlıq sahələri olarsa Rusiya ilə birlikdə işləməyi nəzərə alacaq. Görüşlərimiz üst-üstə düşmədiyi halda isə ABŞ özünün və müttəfiqlərinin maraqlarını müdafiə edəcək" dedi.
 
 Rusiya- Ukrayna əlaqələri barəsində də danışan Tillerson Moskvanı  Minsk sazişinə sadiq qalmağa dəvət etdi.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov görüşdə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları müzakirə etmədiklərini bildirdi, terrora qarşı mübarizəni ümumi mənafe kateqoriyasına aid etdi.
 
 Fransa xarici işlər naziri Jean Marc Ayrault da Tillerson ilə ikitərəfli görüş keçirdi.
 
 Tillerson görüşdə Rusiyaya qarşı sanksiyaların ləğvinin Rusiyanın Ukrayna ilə əlaqədar öhdəliklərinə riayət etməsindən asılı olduğunu söylədi.
 
 Trump rəhbərliyinin Orta Şərq syasətini çaşdırıcı və qayğılandırıcı  kimi səciyyələndirən Ayrault Fələstin probleminin ən məntiqli həllinin  iki dövlətli həll olduğunu qeyd etdi.
 
 Fransanın xarici işlər naziri nüvə sazişini yenidən nəzərdən keçirmək istəyən Washingtonla İran məsələsi ilə bağlı fikir ayrılıqlarının olduğunu vurğuladı.
 
 Ayrault Suriya mövzusu ilə bağlı: " ABŞ-ın hələ də Suriya danışıqlarını dəstəklədiyi görünür, lakin bunu daha da dəqiqləşdirməsi lazımdır" dedi.
 
 İngiltərə xarici işlər naziri Boris Johnson da, Tillerson ilə görüşündən sonra ABŞ-ın müttəfiqlərinə verdiyi öhdəliklərə hələ də sadiq olduğuna şübhəsi olmadığını vurğuladı.
 
 ABŞ dövlət katibi kitərəfli görüşlərdən sonra bəyanat verərək, Şimali Koreyaya xəbərdarlıq etdi. Tillerson Şimali Koreyanı Cənubi Koreya və Yaponiyanı müdafiə etmək üçün lazım gələrsə, nüvə silahına əl atacaqları ilə hədələdi.



Әlaqәli Xәbәrlәr