Himalay buzlaqları həyəcan siqnalı verir

Himalay ərazindəki buzlaq səthində hər il 25 santimetr azalma müşahidə edilir.

630532
Himalay buzlaqları həyəcan siqnalı verir

 Elm adamları Soyuq Müharibə dövründə istifadə edilən casus peyklərini bu dəfə Asyada Himalay dağlarındakı ekoloji dəyişikliyi lentə almaq üçün istifadə etdilər.
 
Buzluqlardakı ərimənin ölçüsünün müəyyən olunması üçün Amerika Birləşmiş Ştatlarına aid Hexagon kod adlı casus peyki proqramından əldə edilən görüntülər  ABŞ Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) və Yaponiya Aviasiya və Kosmos Agentliyindən (JAXA) bu yaxınlarda alınan göstəricilərlə müqayisə edildi.
 
Tədqiqatlarda itirilən buzlaq qalınlığının çox  olduğu müəyyən olundu.
 
 New Yorkdakı Kolumbiya Universitetindən olan tədqiqatçı Josh Maurer  Himalay ərazindəki buzlaq səthində hər il 25 santimetr azalma müşahidə edildiyini bildirdi.

 Həyatı su mənbələrinə bağlı canlıların bu vəziyyətdən əziyyət çəkəcəyini vurğulayan Maurer əriyən buzlaqların qısa müddətdə mənbə sularının səviyyəsini qaldıracağını, digər tərəfdən gələcək 100 ildə bulaqlarda böyük dərəcədə azalmağa səbəb ola biləcəyini vurğulayırlar.



Әlaqәli Xәbәrlәr