"Normandiya Dördlüyü" Xarici İşlər nazirləri bu dəfə Parisdə

Fransa, Almaniya, Rusiya və Ukrayna Xarici İşlər nazirləri Ukraynanın şərqindəki son vəziyyəti qiymətləndirmək üçün Fransanın paytaxtı Parisdə bir araya gəliblər.

"Normandiya Dördlüyü" Xarici İşlər nazirləri bu dəfə Parisdə

  Müzakirələrdən sonra məlumat verən Fransa Xarici İşlər naziri Laurent Fabius Ukraynanın şərqindən bəhs edərkən çox narahatlıq duyduqlarını, bölgədə humanitar, sosial-iqtisadi vəziyyət və siyasi nizamın normala salınması üçün dərhal gərginliyi azaltmaq və atəşkəsi təmin etmək lazım olduğunu bildirib.

  Məlumatda o da deyilir ki, “Normandiya Dördlüyü” adlanan Fransa, Almaniya, Rusiya və Ukrayna böhranın həll edilməsi və verilən öhdəliklərin yerinə yetirilməsində bütün səylərini göstərməlidirlər.

  Xatırladaq ki, 12 fevralda imzalanan atəşkəs və ağır silahların geri çəkilməsini nəzərdə tutan razılaşma olsa da, bölgədə qarşıdurmalar qısa aralarla hələ də davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr