Bakı 3-cü Qlobal Açıq Cəmiyyətlər Forumu öz işinə başlayıb

Forumda Türkiyənin sabiq prezidenti Abdullah Gül də iştirak edib.

Bakı 3-cü Qlobal Açıq Cəmiyyətlər Forumu öz işinə başlayıb

Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə reallaşdırdığı "Qlobal Açıq Cəmiyyətlər Forumu"da  72 ölkənin rəsmiləri iştirak edir.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, tədbirdə dünya siyasətini maraqlandıran əhəmiyyətli mövzuların müzakirəsi üçün Bakıda keçirilən görüşü fürsət olaraq qiymətləndirib.
Forumda Türkiyənin sabiq prezidenti Abdullah Gül də iştirak edib. Prezident İlham Əliyevin çıxışından sonra jurnalistlərin suallarını cavablandıran Gül, beynəlxalq təşkilatların tətbiq etdikləri ikili standartlara diqqət çəkib.
Yeni dünya düzənində etimadın bərpa olunması’’ başlığıyla təşkil edilən forum, 2 gün davam edəcək.
Qeyd edək ki, forumda terror təşkilatları ilə mübarizə, demokratiyanın inkişafı, enerji təhlükəsizliyi kimi məsələlər müzakirə ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr