• Video Qalereya

Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

İran xəbər agentliyi IRNA: Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin növbəti yığıncağı İstanbulda keçirildi. prezident Ərdoğan və Qətər əmiri Şeyx Tamim bin Hamed Əl Thaninin iştirakı ilə baş tutan İstanbul konfransında tərəflər hərbi əməkdaşlığın davam etdirilməsi mövzusunda mütabiq qaldı. Agentliyin başqa bir xəbərində isə prezident administrasiyasının sözçüsü İbrahim Kalının Səudiyyə jurnalist Camal Xaşoqçinin öldürülməsi ilə əlaqəli açıqlaması xatırladılıb. Kalının istintaqın davam etdiyini, lakin cinayətin Səudiyyə Ərəbistanı tərəfindən aydınlaşdırılmasının lazım gəldiyini vurğuladığı bildirib.

ABŞ Bloomber xəbər kanalı: Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada bəzi bölgələri işğal edən ABŞ-nın dəktəklədiyi separatçı terror təşkilatı YPG / PKK mövzusunda lazımlı addımları atmaqda imtina etməyəcəklərini bildirib.

Rusiya, Ria Novosti xəbər agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə terror təşkilatı DEAŞ, dünyanı qorxuya salmaq üçün bəzi güclər tərəfindən yaradılmış bir proyektdir. Prezident həmçinin vurğulayıb ki, ölkələrlə ticarətdə milli valyutaların daha çox istifadəsi əhəmiyyət daşıyır.

ABŞ, informasiya agentliyi Associated Press: Türkiyə, Qara dəniz bir sülh dənizi olmalı deyərək, Rusiya və Ukraynaya problemlərini dialoq yolu ilə həll etmələri haqqında çağırış edib.

İngiltərə xəbər agentliyi Reuters: Xarici işlər naziri Mevlüt Çavuşoğlu; Səudiyyə Ərəbistanı Vəliəhdi Şahzadə Məhəmməd ibn Səlmanın prezident Rəcəb Tayyib Ərdoğandan görüş tələb etdiyini, hazırda görüşə maneə olacaq səbəbin olmadığını qeyd edib.

Rusiya Radiosu: Prezident Rəcəb Tayyib Ərdoğan Avropanın Fransada keçirilən etiraz aksiyalara biganə qalmağına və polisin şiddət tətbiqindən etiraz edib. Prezident: “ Hazırda Parisdə terror var. Lakin beynəlxalq media buna biganə qalır”.

Fransa, Xəbər Agentliyi AFP: Prezident Rəcəb Tayyib Ərdoğan, Kiprdə cərəyan edən heç bir qeyri adi hadisə qarşısında biganə qalmarıq deyib. Agentliyin başqa bir xəbərində isə bildirilib ki, ABŞ-nın Ankaradakı səfirliyinin köçürüləcəyi küçəyə Malcolm X adı veriləcək. X, insan haqları müdafiəçisi idi.

Voice of America: Türkiyənin F-35 döyüş təyyarələrinin istehsalında əhəmiyyətli bir ortaq olduğu Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin hesabatına əks edib.



Әlaqәli Xәbәrlәr