• Video Qalereya

Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

ABŞ informasiya agentliyi AP: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin, Suriyada Fərat Çayının şərqində yerləşən və Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyilə təmin olunan YPG terror təşkilatına qarşı geniş dairəli əməliyyat hazırlıqlarının tamamlandığını bildirib.

İngiltərə xəbər agentliyi Reuters: Türkiyə və ABŞ qüvvələri, Suriyanın Münbiç rayonunda birgə patrul vəzifəsinə başladılar.

Almaniya media orqanı Berliner Zeitung: İstanbul Baş prokuroru, Səudiyyə jurnalist Camal Xaşoqçinin daha əvvəldən hazırlanmış bir plan çərçivəsində Baş konsulluğa daxil olduqdan dərhal sonra boğulduğunu və daha sonra cəsədinin parçalandığını bildirib.

Rusiya, Ria Novosti: Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik qeyd edib ki, Səudiyyə jurnalist Xaşoqçi, yüksək seviyyəli biri tərəfindən göstəriş verilməzdən öldürüləməzdi.

Bosniya və Herseqovina Dnevni Avaz: Dünyada böyüklük baxımından ilk olan İstanbul Hava limanı, 29 Oktyabr Respublika quruluşunun 95-ci il dönümündə açıldı. Açılış prezident Rəcəb Tayyıb Ərdoğan tərəfindən reallaşdı. Yeni hava limanından ilk mərhələdə ildə 90 milyon sərnişin istifadə edəcək.

İngiltərə Reuters: Müdafiə naziri Hulusi Akar, 260 min Suriya vətəndaşının Suriyanın şimalındakı "Fərat Qalxanı" əməliyyatı ilə terrordan zəmizlənən ərazilərə qayıtdıqlarını bildirib.

Çin, Xinhua: Türkiyə uzun məsafəyə olan milli raketdən müdafiə sistem inkişaf etdirməyə başladığını bildirdi.

Yunanıstan Tribune: Türk gəmisi "Fateh", Şərqi Aralıq dənizində qazma fəaliyyətlərinə başladı.



Әlaqәli Xәbәrlәr