Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Rusiyanın Səsi Radiosu: Prezident Rəcəb Tayyıb Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin referenduma çıxarılmasını istəyənlərə sərt reaksiya verib. Prezident vurğulayıb ki, əgər Türkiyənin tam hüquqlu üzvlüyünü qəbul edəcəksəniz lazımlı addımları atın, yox, qəbul etməyəcəksənizsə belə açıqlamalarla bizi məşqul etməyin. Hər kəs öz yoluna davam etsin.

Fransa, AFP: Prezident Rəcəb Tayyib Ərdoğan itkin Səudiyyə Ərəbistanılı jurnalist Cəmal Kaşıkçının İstanbuldakı konsulluqdan çıxışını sübut etməsi haqqında rəsmi Riyada çağırış edib. Türkiyənin buna biganə qalmayacağını qeyd edib.

Almaniya, DPA: Türkiyə ilə Səudiyyə Ərəbistanı İstanbulda konsulluq binasına daxil olduqdan sonra itən Səudiyyə jurnalist Cəmal Kaşıkçı hadisəsini birlikdə araşdıracaq. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, qurulacaq ortaq iş qrupunun hadisənin bütün təfərrüatlarını aydınladacağını bildirib.

Almaniya, Frankfurter Allgemeine Zeitung qəzeti: Beynəlxalq Valyuta Fondu (BVF), 2018 və 2019-ci illərdə Türkiyənin 4% büyüyeceğini proqnozlaşdırıb. Almaniyada böyümənin 1,9% Fransada isə 1,6% olacağını bildirib.

İngiltərə, Reuters: Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə Rus və Türk liderlər keçən ay Soçidəki razılaşma çərçivəsində Suriyanın İdlib şəhərində silahdan təmizlənmiş bölgə yaradılıb və ağır texnikalar isə bölgədən çıxarılıb.

İran, dövlət informasiya agentliyi IRNA: İranın Türkiyə sərhədinə yaxın Maku şəhərində, Türkiyə ilə ortaq istehsal sənaye bölgəsi yaradılır. ISNA agentliyi də bildirib ki, İran-Türkiyə Birgə Ticarət Şurasının katibi Seyit Cəlal İbrahimi İran və Türkiyənin ticarət dövrüyəsini artırmaq və asanlaşdırmaq məqsədiylə iki ölkə arasında ortaq bank qurulabiləcəyini açıqlayıb.

ABŞ, Associated Press (AP) Xəbər Agentliyi: Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, ölkəsinin İraqın Bəsrə ilə Mosul şəhərlərindəki konsulluqları yenidən açacağını, qonşu ölkə ilə iqtisadi və ticarət əlaqələri irəli pillələrə qaldıracaqlarını bildirib.

Azərbaycan, Trend: Prezident Rəcəb Tayyib Ərdoğan, Amerikalı rahib Andrew Brunson ilə bağlı məhkəmə qərarına toxunub və ABŞ-ın Türk ədalətinə hörmət göstərməsinin lazım gəldiyini bildirib.

Azərbaycan, Xalq qəzeti: Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Binali Yıldırım, "Ermənistan sabitlik istəyirsə qonşuları ilə əlaqələrini sahmana salmalıdır deyib.

Çin, Xinhua: Prezident Ərdoğan Afrika ölkələrinə çağırış edib ki, Türkiyə ilə ticarətdə milli valyutadan istifadə edilsin.

Yunanıstan, İn.gr: Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, barrikadaların qaldırılacağı tarixi müəyyənləşdirmək, Adanın gələcəyini müzakirə etmək üçün Rum lider Anastasiadis ilə 15 Oktyabrdan sonra bir araya gəlmək istədiyini bildirib.

 



Әlaqәli Xәbәrlәr