Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Rusiyanın Səsi Radiosu: Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya ilə Türkiyə arasındakı İdlib razılaşmasıyla böyük immiqrasiya dalğasının qarşısının alındığını qeyd edib.

Avstriya, Die Presse qəzeti: Prezident Rəcəb Tayyib Ərdoğanın Almaniyaya reallaşdırdığı səfər töhfə verdi. Həmin səfərdən sonra Almaniyanın nəhəng texnologiya şirkəti Siemens, Türkiyədə yeni investisiyalar qoyacaq. Məlumata görə şirkət tibbi cihaz istehsalını Türkiyədə reallaşdıracaq.

Associated Press (AP) Xəbər Agentliyi: Suriyanın şimalında yerləşən və strateji cəhətdən əhəmiyyətli olan Münbiç şəhərinin ətrafında Türkiyə və ABŞ hərbi qüvvələrinin ortaq patrul fəaliyyəti başlayır.

İtaliya ANSAmed xəbər şəbəkəsi: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə oktyabr ayının ikinci yarısında İstanbulda zirvə toplantısı keçiriləcəyini bildirib. Yığıncaqda Suriya mövzusu müzakirə ediləcək.

İngiltərə, Reuters xəbər agentliyi: Türkiyənin iqtisadi böyüməsi, həyata keçirilən tədbirlərlə davam edir. Sentyabr ayında İxracat həcmində qəydə alınan artım bunun bariz göstəricisidir.

Rusiyanın Ria Novosti informasiya agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə müdafiə sahəsi başda olmaqla Rusiya ilə hər sahədə əlaqələri irəli pillələrə qardırmaq istəyir.

Fransa, AFP xəbər agentliyi: Almaniyada, Avropanın ən böyük məscidi ibadətə açıldı. Həmin münasibətlə təşkil edilən mərasimə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Məscid Diyanət İşləri yanında Türk İslam Birliyi tərəfindən tikdirilib.

Almaniyanın Deutsche Welle (DW) media quruluşu: Türkiyə Böyük Millət Məclisi 24 İyundakı seçkilərdən sonra yeni dövrdə öz işinə başladı.

China Radio International (CRI): Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkırın məlumatına görə, Kamboçya, Ankarada səfirlik açmaq qərarına gəlib. Bununla əlaqəli işlər aparılır.

İran Parstoday, Radio və İnternet Saytı: Türkiyə ilə İran kənd təsərrüfatı sahəsində güclü əməkdaşlıq edəcək. İki ölkə istixana və zəfəran istehsalı üzrə birgə layihələr hazırlayacaq.

İngiltərə, Eş-Şərq Əl-avsat Beynəlxalq Ərəb qəzeti: Ədalət və İnkişaf Partiyası (AKP)-nin sözçüsü Ömər Çəlik, Orta şərqdə fəaliyyət aparan terror təşkilatı DEAŞ ilə Avropadakı irqçilərin eyni məqsədə xidmət etdiklərini, bir–birindən fərqlənmədiyini bildirib.

 



Әlaqәli Xәbәrlәr