• Video Qalereya

Həftəlik xarici mətbuat, 28.09.2018

İran - İRNA informasiya və Fars xəbər agentlikləri, Yaponiya - “Sankey Simbun” qəzeti, İtaliya - ANSAmed xəbər şəbəkəsi, Rusiya - “Kommersant” qəzeti, ABŞ - AP,  İngiltərə - “Reuters”, İspaniya - ABC Yayın Orqanı, Azərbaycan - “Bizim yol"...

Həftəlik xarici mətbuat, 28.09.2018

  İran, İRNA informasiya agentliyi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropanın suriyalı qaçqınlara kömək edəcəyinə dair sözünü tutmadığını və Türkiyənin ağır insanlıq böhranının yükü altına girdiyini vurğuladı.  

  İran, Fars xəbər agentliyi. Parlament üzvlərindən ibarət heyətlə birlikdə Özbəkistanın paytaxtı Daşkəndə gedən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəlı Yıldırım Özbəkistan Senatının (Qanunvericilik Məclisi) sədri Niqmatulla Yoldaşevlə görüşüb. Görüşdə tərəflər iki ölkə arasında parlament əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

  Yaponiya, “Sankey Simbun” qəzeti. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaponiyanın baş naziri Şinzo Abe Amerika Birləşmiş Ştatlarındakı Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında bir araya gələrək iki ölkə arasında tezliklə İqtisadi Tərəfdaşlıq Müqaviləsi (EOA) imzalanması barədə danışıblar.

  İtaliya, ANSAmed xəbər şəbəkəsi. Türkiyə səlahiyyətliləri keçən həftə rəsmi sənədləri olmadan ölkəyə girməyə və Avropa İttifaqı sərhədlərini keçməyə çalışan, 791-i dənizdə olmaqla 5979 nəfər əcnəbi vətəndaşı yaxaladı.

  Rusiya, “Kommersant” qəzeti. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə sərhədlərində terror əməllərinə yol verməyəcəklərini vurğuladı.

  ABŞ, AP. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) "uğursuzluğuyla səs salmış" və yenidən qurulmazsa, xüsusilə, BMT Təhlükəsizlik Şurasında yalnız beş dünya gücünə xidmət edən bir təşkilat olmaq riski ilə qarşı-qarşıya qalacağını söylədi.

  İngiltərə, “Reuters” agentliyi. BMT Baş Assambleyasının illik toplantısı üçün Nyu-Yorkda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təşkilatı ilə əlaqəsi olanların həbsi və ev dustağı olan amerikalı keşiş Endryu Branson (Andrew Brunson) haqqında qərarın məhkəmə tərəfindən veriləcəyini bildirdi.

  İspaniya, ABC Yayın Orqanı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində etdiyi çıxışında Suriyadan ölkəsinə gələn qaçqınlara baxma mövzusunda dəstək verməyən Avropa İttifaqını (Aİ) sərt şəkildə tənqid etdi.

  Qətər, Əl-Cezire TV. Türkiyə prezidenti R.T.Ərdoğan “Reuters”ə verdiyi müsahibədə “Əsəd hakimiyyətdə ikən Suriyada sülh işlərinə davam etməyin mümkün olmadığı”nı deyir.

  Azərbaycan, “Bizim yol” qəzeti. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

  Çin, “Xinhua”. Xaricilər üçün "Uğura gedən yol" adlı Çin dili öyrətmə dərsliyinin 25 sentyabrda Türkiyə türkcəsi variantı yayınlandı.



Әlaqәli Xәbәrlәr