Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Reuters xəbər agentliyi: Xəzinə və Maliyyə naziri Berat Albayrak Amerika Birləşmiş Ştatlarının Türkiyəyə tətbiq etdiyi kommersiya sanksiyalarına görə bölgədə sabitsizlik yarana bilələr. Belə bir atmosferdə isə terror hadisələri artar, qaçqın böhranı dərinləşər deyə vurğulayıb.

İran informasiya agentliyi IRNA: Türkiyə bir tərəfdən Ərəb və Şərq ölkələrdən investorları cəlb etməkdə lazımlı addımları atarkən, digər tərəfdən də Çin ilə də ticarət əməliyyatlarında milli valyutadan istifadə etmənin yollarını axtarır.

Çində nəşr olunan Qlobal Times qəzeti: Prezident Rəcəb Tayyib Ərdoğan və İngiltərə Baş naziri Theresa May arasında baş tutan telefon danışığında, ikitərəfli iqtisadi əlaqələrin irəli pillələrə qaldırılması və qarşılıqlı investisiyalar həyata keçirmənin əhəmiyyəti mövzusunda mütabiq qalınıb.

Rusiyanın Səs Radiosu: Prezident Ərdoğan, Suriya mövzusu ilə əlaqəli İranda keçiriləcək üçtərəfli zirvə toplantısına qatılmaq üzrə 7 Sentyabrda İran səfər edəcək.

Rusiya rəsmi xəbər agentliyi Ria Novosti: Rusiya, Türkiyənin satın aldığı S-400 raket təhlükəsinə qarşı müdafiə sistemlərinin istehsal və tədarük prosesinin sürətləndirilməsi tələbinə görə, ilk sistemlərin 2019-da təhvil veriləcəyini bildirib.

İtaliyanın, Aralıq dənizi və Bəsrə Körfəzi bölgələriylə əlaqəli media orqanı ‘ANSAmed’: Xəzinə və Maliyyə naziri Berat Albayrak, Fransanın paytaxtı Parisdə həmkarı Bruno Le Maire ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında , Avropa İttifaqı ilə əlaqələrdə yeni bir dövr başladmaq istədiqlərini vurğulayıb.

Çin informasiya agentliyi Xinhua: Prezident Ərdoğan, Türkiyənin iqtisadi hücum ilə qarşı-qarşıya olduğunu, millətin həmrəyliyi və əzmi ilə bunun öhdəsindən gəlinəcəyini qeyd edib.

ABŞ-nın səsi radiosu ‘Voice of America’: Prezident Ərdoğan, Suriyanın bəzi ərazilərini terrordan təmizlədiklərini xatırladıb, qalan bölgələrdə də dinçlik və əmin-amanlığı bərpa edəcəklərini bildirib.

Yunanıstan, ‘Mignatiou.com internet saytı’: Türkiyə Prezidenti Ərdoğan, Böyük xilaskar Atatürkün Yunan ordusuna qarşı qazandığı qələbənin il dövnümü olan 30 Avqust Zəfər Bayramı münasibətiylə ziyarət etdiyi anıtqəbirdə qeydiyyat dəftərinə, "Ölkəmizə qarşı təhdidlər, pozuntular və hücumlar, ideallarımız və hədəflərimiz istiqamətində addımlamağımıza mane olabilməyəcək” yazaraq, Türkiyənin gücünə diqqət çəkib.

ABŞ, AP: Prezident Ərdoğan, xəbərsiz Türkiyəyə ziyarət reallaşdıran İran Xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Görüş zamanı Suriya məsələsi müzakirə olunub.

Yaponiya, Nihon Keizai Shimbun: ABŞ müdafiə naziri James Mattis, Türk müdafiə naziri Hulusi Akar ilə telefon danışığından sonra verdiyi açıqlamada həmkarı ilə bəzi mövzular barədə səmimi fikir mübadiləsi olduğunu, Suriya məsələsini təhlil etdiklərini ifadə edərək Türkiyə ilə bir çox sahədə əməkdaşlığı irəli pillələrə qaldırdıqlarını vurğulayıb.

Almaniya, Der Tagesspiegel: Türkiyə Suriya sərhədində və bu ölkə daxilihdə hərbi qüvvələrini artırır.



Әlaqәli Xәbәrlәr