Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Almaniya Der Tagesspiegel qəzeti: Türkiyənin turizm mərkəzlirindən Antaliyaya bu il gələn turist sayı rekord qırıb.

Rusiyanın dövlət agentliyi Ria Novosti: Rusiya Kosmos Elmləri Akademiyasının üzvü Andrey İoninə görə Ankaranın kosmos işlərində Rusiya və Çinlə əməkdaşlıq etməsi faydalı olar.

London mərkəzli Şarkul avsat veriliş orqanı : Prezident Rəcəb Tayyib Ərdoğan ilə Venesuela Dövlət Başçısı Nicolas Maduro arasında telefon danışığı olub. Ərdoğan görüş zamanı Maduranın rəsmi bir mərasimdə çıxışı əsnasında törədilən hadisədən narahat olduğunu və qınadığını bildirib.

Rusiya Tass xəbər agentliyi: Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqi qarşısında Türkiyənin İran ilə iqtisadi əlaqələrindən imtina etməyəcəyini bildirib.

Almaniya DPA Agentliyi: Prezident Rəcəb Tayyıb Ərdoğan 28-29 sentyabr tarixlərində Almaniyada səfərdə olacaq.

Azərbaycan, xəbər agentliyi Trend: "Türkiyə, Amerika Birləşmiş Ştatları (ABŞ) -nin İrana istiqamətli sanksiyalarına baxmayaraq, bu ölkədən təbiiqaz satın almaqda davam edəcək.

Reuters xəbər agentliyi: Suriyadakı Türk əsgərləri bölgə xalqının təhlükəsizlikləri baxımından əhəmiyyət daşıyır. Xalq Türk əsqərini təhlükəsizliklərinin zəmanəti görür.

İran Fars Xəbər Agentliyi: Özbəkistan prezidenti Şövkət Mirziyoyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider görüş zamanı ölkələr arasında əməkdaşlıq və gələcəkdəki danışıqlar haqqında fikir mübadiləsi ediblər. strateji əməkdaşlığı irəli pillələrə qaldırmaq mövzusunda mütabiq qalıb.

Rusiya Tass Xəbər Agentliyi: Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaharova, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfirlər və daimi nümayəndələr yığıncağına qatılmaq üzrə 13-14 Avqustda Ankarada səfərdə olacağını bildirib.



Әlaqәli Xәbәrlәr