Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Gürcüstan Interpressnews informasiya agentliyi, Prezident Rəcəb Tayyib Ərdoğanın "Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyə kimi səmimi bir dostunu və müttəfiqini itirə bilər", ifadəsinə diqqət çəkib.

Almaniya DPA Xəbər Agentliyi: Türkiyə, Almaniyanın iştirakıyla Suriya məsələsini müzakirə etmək üzrə dörttərəfli sammitə ev sahibliyi etməyi planlaşdırır.

Reuters Xəbər Agentliyi: Prezidentin sözçüsü İbrahim Kalın Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ)-nin arasındakı əlaqələrə son qoyula bilər deyib.

İran xəbər agentliyi İRNA: Türkiyə, Milli Təhlükəsizlik Şurasının (MTŞ) yayımladığı şərhlə, ABŞ prezidenti Donald Trampın Türkiyəyə istiqamətli təhdid dolu ifadələrini qəbul edilə bilməz olaraq xarakterizə edib.

Fransa Xəbər Agentliyi: Prezident Ərdoğan, Türkiyənin ABŞ-ın Amerikalı rahib Andrew Brunsonın iddiasıyla əlaqədar təhdidlərinə biganə qalmayacağını bildirib və Vaşinqtonu "Evanjelist və sionist ideologiya" izləməkdə ittiham edib. Ərdoğanın sözlərinə görə, ABŞ-ın bu təhlükəli münasibəti qəbul edilə bilməzdir.

İspaniya informasiya agentliyi Europa Press:Türkiyə, ABŞ-ın 2 Türk nazirə sanksiya tətbiq qərarına sərt reaksiya verib.

ABŞ AP Xəbər Agentliyi: ABŞ-ın sanksiya tətbiq edəcəyini bildirdiyi Daxili işlər naziri Süleyman Soylu, ABŞ-dakı tək malının Fətullahçi Terror Təşkilatının quldurbaşçısı Fəthullah Gülən olduğunu, onu da Türkiyəyə gətirəcəklərini ifadə edərək reaksiyasını səsləndirib.

İngiltərə Reuters Xəbər Agentliyi: Xəzinə və Maliyyə naziri Berat Albayrak, ABŞ-ın, terrora dəstək verən Amerikalı birini Türkiyədə ədalətin qarşısına çıxarıldığı üçün Türkiyəyə sanksiya tətbiq edilməsinə dair qərarı qəbul edilə bilməzdir. Bunun Türk iqtisadiyyatına təsiri məhdud olar.

İran Mehr Xəbər Agentliyi: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Twitter hesabından, Türkiyənin iki nazirinə qarşı ABŞ-ın sanksiya qərarına reaksiya verdiyini bildirib.

Gürcüstan Interpressnews yayım orqanı: Türkiyə prezidenti Ərdoğan edam cəzasına dair qanunun Məclisdə qəbul edilməsi halında özünün də bunun dərhal təsdiqləyəcəyini bildirib.

IRNA xəbər agentliyi: Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, "Bütün maneələrə baxmayaraq Avropa İttifaqına tam hüquqlu üzv olmaq rəsmi Ankaranın strateji hədəfidir deyib.

Rusiya Sputnik Web Sitesi: Türkiyə Dövlət Statistika Komitəsinin hesabatına görə Aprel-İyun 2018-ci ildə turizm gəlirində 30% artım qeydə alınıb.

ABŞ CNN Beynəlxalq Haber Kanalı: Torku Şekerspor velosipedçisi Onur Balkan, Çində təşkil edilən ‘Qinghai Gölü’ mərhələsinin 9-cu etabında birinci oldu.



Әlaqәli Xәbәrlәr