Türkiyə xarici mətbuatda

Xarici mətbuat, 20.07.2018

Türkiyə xarici mətbuatda

 İngiltərə, “BBC Türkçe” internet saytı: “Prezident Rəcəb Tayyib Ərdoğan: “15 İyul dövlət çevrilişi cəhdinin 2-ci ilində "Pensilvanyadaki məlunun (FETÖ dəstəbaşı) böyütdüyü səkkizayaqlı ilbizin qollarını kəsdik”, - dedi.

 Almanya, "DW” media qurumu: “Prezident Rəcəb Tayyib Ərdoğan 15 İyuldakı uğursuz dövlət çevrilişi cəhdində şəhid olanlar üçün keçirilən xatirə mərasimində çıxış edərək: "15 İyulu unutdurmayacağıq, unutmayacağıq", - dedi.

İran, “Fars” xəbər agentliyi: “Heç bir güc İran və Türkiyə münasibətlərini poza bilməz”.

 Rusiya, “Ria Novosti” xəbər agentliyi: “Ukrayna ilə Türkiyə AN-188 tipli hərbi nəqliyyat təyyarəsi istehsalı üçün birgə şirkət qurmaq istəyir”.

 İran, “İRNA” xəbər agentliyi: “Prezident Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla telefonda Suriya məsələsini müzakirə etdi”.

 ABŞ, CNN internet saytı: “Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul 2016-cı il uğursuz dövlət çevrilişi cəhdindən sonra 21 iyulda elan edilən və hər dəfə 3 ay olmaqla 7 dəfə uzadılan Fövqəladə Vəziyyət başa çatıb”.



Әlaqәli Xәbәrlәr