Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

997268
Xarici Mətbuat

Rusiya informasiya agentliyi TASS: Türkiyə 2019-ci ildə Antarktikada elmi araşdırmalar aparılacaq baza yaradacaq.

İran Xəbər Agentliyi Fars: Prezident Rəcəb Tayyib Ərdoğan ilə Özbək həmkarı Şövkət Mirziyoyev arasında telefon danışığı olub. Ərdoğan görüş zamanı iki ölkə arasında fərqli sahələrdə əməkdaşlığın irəli pillələrə qaldırılmasının vacibliyini vurğulayıb. Agentiliyin başqa bir xəbərində bildirilib ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura, İran, Türkiyə və Rusiya nümayəndələrini yenidən Cenevrəyə dəvət edəcək.

Reuters Xəbər Agentliyi: Türk Silahlı Qüvvətləri (TSQ), Suriyanın şimalında separatçı terror təşkilatı PKK / PYD-YPG-nin işgalindeki Münbiçdə müstəqil patrul fəaliyyətinə başlayıb.

Almaniya Deutsche Welle (DW) media quruluşu: "Xarici işlər naziri Mevlüt Çavuşoğlu, separatçı terror təşkilatı PKK / PYD-YPG-nin 4 İyuldan etibarən Suriyanın Münbiç bölgəsindən çəkilməyə başlayacağını bildirib.

İtaliya veriliş orqanı ANSAmed: Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə üçüncü nüvə stansiyanı da  tikəcəklərini bildirib.

Rusiya Sputnik xəbər agentliyi: Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik, Avropada irqçiliyin artdığına diqqət çəkərək, bu  Avropanın DEAŞ-dır deyib.

Voice of America: 24 İyunda Türkiyədə keçiriləcək prezident və millət vəkili seçkiləri üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səs vermə işi sona çatıb.  3 milyon 47 min seçicinin yaşadığı xaricdəki ölkələrdə seçki fəallığı 49% olub.

Çin rəsmi xəbər agentliyi Xinhua: Yaz aylarında şimal-şərqi Anadolunun dağlıq bölgəsi, unikal təbii gözəllikləri və tarixi zənginlikləriylə Çinli turistlər tərəfindən kəşf edilməyi gözləyir.

Eş-Şərq Əl-avsat Beynəlxalq Ərəb qəzeti: Dünyanın ən böyük tikinti gəmisi 3-cü dəfə İstanbul boğazından keçdi. Pioneering Spirit gemisi, Türk axını Təbii qaz Boru Kəmərinin Qara dənizin ən dərin hissəsindəki boru xəttini çəkəcək.

Bosniya mediyası yazıb: Türkiyə ilə Bosniya və Herseqovina arasındakı ticarət həcmi 2003-ci ildən bəri 10 dəfə artaraq 700 milyon dollara çatıb.



Әlaqәli Xәbәrlәr