Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Krım informasiya agentliyi QHA: Ukrayna Səhiyyə naziri Ulyana Suprun, Türkiyənin təcili tibbi yardım xidmətlərinin güclü olduğunu bildirib. Agentliyin başqa bir xəbərində isə, Dünyanın müxtəlif ölkələrində 450-dən çox mağazası olan Türkiyənin məşhur tekstil markası Defactonun Ukrayna bazarına daxil olduğu bildirilib.

Almaniya Der Spiegel jurnalı: Almaniya xarici işlər naziri Heiko Maas bildirib ki, Solingen şəhərində yaşanan və beş Türkün həyatını itirdiyi irqçi hücumdan 25 il sonra, Türk mənşəli insanların Almaniyada ayrı-seçkiliyə məruz qalmaları qəbul edilməzdir.

İran, xəbər agentliyi İrna: Pakistana Türkiyə istehsalı 30 ǝdəd ATAK hücum vertolyotunun satışına dair razılaşma imzalanıb. Bu müqavilǝnin imzalanması ilǝ iki ölkə müdafiə əlaqələrindǝ daha güclü bir dövr başlayıb.

Rusiyanın səsi Radiosu: Rus qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Türk Axını təbii qaz layihəsində inşa işlərinə başlanan ikinci xətt 2019-cu ilin sonunda tamamlanacaq.

Reuters Xəbər Agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putin ilə telefonda görüşüb. Danışıq zamanı Suriyada cərəyan edən proseslər başda olmaqla, enerji sektoru və iqtisadi əlaqələr müzakirə olunub.

İran, informasiya agentliyi IRNA: Milli Təhlükəsizlik Şurası Ankaranın Fələstin prinsiplərinə həmişə dəstək verdiyini və bu dəstəyin beynəlxalq arenada davam edəcəyini vurğulayıb.

 BBC-nin Türkçe Web Saytı: Xarici işlər naziri M. Çavuşoğlu separatçı terror təşkilatı PKK-nın Suriya qruplaşması YPG-nin, Menbiçdən çıxacağını bildirib.

ABŞ Turkish American Web Saytı: Rusiya Dövlət Başçısı Vladimir Putin, Türk Axını layihəsi çərçivəsində Avropaya uzanacaq kəmərin keçəcəyi güzərgah mövzusunu Türkiyə ilə müşavirə etdiklərini qeyd edib.

Almaniya media orqanı DW: “Avropa İttifaqına üzv ölkələr Türkiyə və Türklərə qarşı dürüst deyillər”, -deyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr