Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Fransa informasiya agentliyi AP: “Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-nın beynəlxalq cəmiyyəti gözdən yayındıraraq haqq-hüquq pirinsiplərini heçə saydığını qeyd edib.

ABŞ Turkish American Veb Saytı: "Prezident Rəcəb Tayyib Ərdoğan, tarix və insanlıq, Fələstinlilərə edilən zülmü əsla bağışlamayacaq deyib”. Xəbərdə həmçinin bildirilib ki, Türkiyə ötən həftə Fransanın paytaxtı Parisdə həyata keçirilən hücumu lənətləyib.

Rusiya media orqanı Sputnik: "Mədəniyyət və Turizm naziri Numan Kurtulmuşun məlumatına görə ilin ilk rübündə turist sayı və turizm gəliri rekord vurub. Kurtulmuşun sözlərinə görə 2018-ci ildə Türkiyə ən az 40 milyon turistə ev sahibliyi edəcək. Turizm gəliri isə 32 milyard dolla yüksələcək”

İran xəbər agentliyi FARS: "Prezident Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyada Baş nazir Theresa May ilə bir araya gəldikdən sonra təşkil edilən mətbuat konfransında, İsrailin işğalçı və bir terror dövləti olduğunu vurğulayıb”.

Fransa Mərkəzli Euronews: "Prezident Rəcəb Tayyib Ərdoğan, İngiltərəyə səfəri çərçivəsində Premyer Liqasında oynayan Türk futbolçular Cənk Tosun, Məsud Özil və İlkay Gündoğanı qəbul edib”.

Reuters xəbər agentliyi: "Prezident Rəcəb Tayyib Ərdoğan və xanimı Əminə Ərdoğan, İngiltərə səfəri çərçivəsində paytaxt Londonda Buckingham Sarayında kraliça Queen Elizabeth tərəfindən qarşılanıb”.

Almaniya, Deutsche Welle (DW) media quruluşu: "Prezident Rəcəb Tayyib Ərdoğan, Qəzza Zolağında 62 Fələstinlinin İsrail əsgərlərinin müdaxiləsi nəticəsində şəhid edildiyi hadisələrin soyqırım olduğunu qeyd edib”.

İran Parstoday, Radio və Veb Saytı: "Türkiyə, Qəzza Zolağında qırğın törədən işğalçı İsrailin Ankaradakı səfirindən ölkədən çıxmasını istədi.

ABŞ Turkish American Veb Saytı: “Xarici işlər naziri Mevlüt Çavuşoğlu, 4 İyunda, Amerika Birləşmiş Ştatları dövlət departamentinin rəhbəri Mike Pompeo ilə Vaşinqtonda bir araya gələcək."

İran xəbər agentliyi İRNA: "Xarici işlər naziri Mevlüt Çavuşoğlu, İsrailin işğal etdiyi ərazilərdə, xüsusiylə də Qəzza Zolağında törətdiyi cinayətlərə biganə qalınmamalıdır” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr