Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

945870
Xarici Mətbuat

Turkish American İnternet səhifəsi: Prezident Rəcəb Tayyib Ərdoğan, "Bölgədəki qardaşlarımızın ailəsinə, mal-mülkünə müsəllət olan qatil terrorist sürüsünün kökünü qurutacayıq”.

Səhifənin başqa bir xəbərində isə terror təşkilatı YPG / PKK-nın Afrin bölgəsindən çıxmağına icazə vermədiyi üçün 2,5 ildən bəri xəstəlikdən əziyyət çəkən Suriyşalı uşağın müalicəsini Türk həkimlərin öhdələndiklərinə diqqət çəkilib. Baş nazir Binali Yıldırımın “Türk tarixində heç vaxt müstəmləkəçilik olmadı, həmişə insanlığı əsas götürdü” sözlərini xatırladıb. Prezident Rəcəb Tayyib Ərdoğanın "Rusiya ilə Türkiyə arasındakı ticarət dövrüyəsini 100 milyard dollara qaldıracayıq” dediyini bölüşüb. Baş nazir müavini Bəkir Bozdağın isə Akkuyu Nüvə stansiyasının respublika tarixinin ən nəhəng layihəsidir sözünü yazıb.

 Rusiya Sputnik İnternet Saytı: Baş qərargah Rəisi ordu generalı Hulusi Akar, Türk Silahlı Qüvvətlərinin (TSQ) Suriyanın Afrin bölgəsinə başlatdığı əməliyyat, beynəlxalq hüquq çərçivəsində davam edir.

Fransa AFP Xəbər Agentliyi: Türkiyənin Rusiyada satın aldığı S-400 raketdən müdafiə sistemləri 2019-cu ilin ilk yarısında təhvil veriləcək.

İngiltərə İnformasiya agentliyi Reuters: Türkiyənin ilk nüvə stansiyasının təməli, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin tərəfindən qoyuldu.

Çin Xinhua qəzeti: Türkiyənin ilk nüvə stansiyasının təməlinin mərasimlə qoyulduğuna diqqəti çəkib.

Rusiya İnformasiya Agentliyi TASS: Rusiya Dövlət Başçısı Vladimir Putin, Türkiyə ilə ortaq nəhəng layihələr həyata keçirməkdə risk olmadığını vurğulayıb.

BBC-nin Türkçə İnternet Saytı: Avropa İttifaqı işləri üzrə nazir Ömər Çəlik, Avropa ittifaqından bir heyətin Aprel ayında Türkiyəyə gələcəyini, Danışıqlar zamanı viza rejiminin ləğvi məsələsi müzakirə ediləcəyini bildirib. Başqa bir xəbərində isə, Ankarada üçtərəfli zirvə toplantısında bir araya gələn prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Dövlət Başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin noyabr ayında olduğu kimi yenə Suriyanın "ərazi bütövlüyünü" vurğuladıqlarına diqqət çəkib.

Almaniya DW media quruluşu: Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə Ankarada təşkil edilən sammitin yekun bəyannaməsində, Suriyada siyasi həll və ölkənin ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr