• Video Qalereya

Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Rusiya TASS İnformasiya Agentliyi: “Prezident Rəcəb Tayyıb Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Macron arasında telefon danışığı olub. İki lider arasında baş tutan telefon danışığında Suriya rejiminin mühasirəsində olan Şərqi Qutadaki siyasi böhran müzakirə edilib.

Azərbaycan İnformasiya Agentliyi Trend: “İqtisadiyyat üzrə Baş Nazir Müavini Mehmet Şimşək, ticarət müharibələrinin faktiki olaraq başladığını bildirib”.

Rusiya, radio və xəbər ajansı sputnik: “Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad idxalına əlavə vergi tətbiqi mövzusunda Türkiyə və Avropa İttifaqı birgə addım atacaq.

Almaniya Deutsche Welle (DW) media orqanı: “Türkiyə, Suriyanın İdlib şəhərində müxaliflərin nəzarətindəki bölgədə doqquz düşərgə təsis etməyi planlaşdırır. Düşərgələrdə 170 min nəfər yerləşdiriləcək.

CNN telekanalı: “Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ankara səfirliyinin qarşısında yerləşən Ankara Sənaye Palatası binasına asılan və üzərində ‘heç bir güc terrora qarşı mübarizəmizə mane ola bilməz’ yazılmış ay ulduzlu nəhəng plakat diqqət çəkir”.

BBC veriliş orqanı: “Kayseridəki Erciyes Qış İdman Növləri Mərkəzi, 22-25 Mart tarixlərində Türkiyənin ilk Paraşüt Xizəyi (Snowkite) Dünya Kubokunu həyata keçirəcək”.

Voice of Amerika: “Türkiyə sərhədini keçdikdən sonra hərbi bölgəyə daxil olan və casusluq şübhəsi ilə həbs olunan 2 Yunanıstan əsgərinin bölgədə çəkdikləri fotolar tətqiq edilir”.

İngiltərə Reuters Xəbər Agentliyi: “Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə İranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub. İki lider görüş zamanı Suriyada atəşkəsin bərpa edilməsi üçün edilən səylərin artırılması və sürətləndirilməsi mövzusunda mütabiq qalıb.



Әlaqәli Xәbәrlәr