"Belə bir müzakirə hüquqi dövlət prinsiplərinə uyğun gəlməz", B.Yıldırım

Xarici mətbuat, 08.11.2017

"Belə bir müzakirə hüquqi dövlət prinsiplərinə uyğun gəlməz", B.Yıldırım

“Turkish Amerikan”, ABŞ veb saytı: "Baş nazir: ABŞ-a təminat vermək hüquqi dövlət prinsiplərinə uyğun gəlməz".

  Türkiyənin Baş nazir Binəlı Yıldırım Aamerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona gedərkən Ankara Esenboğa Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. ABŞ-la viza müraciətlərinin məhdudlaşdırılmasıyla bağlı suala Baş nazir: “ABŞ-a təminat vermək və ya onların bizə təminat verməsini istəmək kimi bir müzakirə hüquqi dövlət prinsiplərinə uyğun gəlməz", - deyib.  

“Euronews”, Fransa mərkəzli beynəlxalq xəbər kanalı "Atak”, “Anka” və “Hürkuş” Tailandda göstərildi”.

  Türkiyə Aviasiya və Kosmos Sənaye Anonim Şirkəti (TUSAŞ/TAİ) istehsal etdiyi hava platformlarıyla Cənub-Şərqi Asiya Millətlər Birliyinin (ASEAN) tədarükçüləri sırasına girməyə çalışır. TAİ Tailand Müdafiə və Təhlükəsizlik sərgisində iştirakçı ölkə nümayəndələri və tədarükçülərlə intensiv danışıqlar yeri oldu. Taikanda “Atak” vertolyotlarına dair təklif çalışması həyata keçirildi. Şirkət heyəti yaxın günlərdə Tailanda gedərək bu mövzuda işləri daavm etdirəcək. Malaziya isə “Anka” ilə maraqlanır, keçiriləcək qiymətləndirmələrin nəticəsi gözlənilir. ASEAN ölkələrindən başqa Cənubi Asiya ölkəsi Banqladeş isə “Anka”, silahlı və silahsız “Hürkuş” və “Atak” vertolyotlarıyla maraqlanır. TAİ 12-16 noyabrda Dubayda Körfəz ölkələrinin iştirak edəcəyi “Airshowa”ya da qatılacaq.

CNN, ABŞ-ın beynəlxalq xəbər kanalı "Doun sindromlu Məhəmməd Avropada Zirvə toplantısında".

  Türkiyənin Denizli şəhərindən olan doun sindromlu idmançı Məhəmməd Toğrul Şahin Fransanın paytaxtı Parisdə keçirilən DSISO Avropa Açıq Üzgüçülük Çempionatında 200 metrlik məsafəni 4 dəqiqə 41 saniyə 11 salisaya qət edərək Avropa rekordu qıraraq birinci olub. Bundan əvvəl də üzgüçülük üzrə bir çox beynəlxalq uğura imza atan Məhəmməd Toğrulun medallarına Avropa rekordu da əlavə olunub.

CNN, ABŞ-ın beynəlxalq xəbər kanalı: "Türkiyə iki nəhəng şahmat turnirinin ev sahibi olacaq".

  Türkiyə şahmatda böyük addımlarla irəliləyir. Şahmat idman növünə yalnız nailiyyətləri deyil, təşkilatçılıq uğurları da səs verməyə çalışır. Oktyabrda Antalyada keçirilən Avropa Klublar Kubokunun təşkilatçılıq uğuruna təriflər alan Türkiyədə bu dəfə 2019 Avropa Qadınlar üzrə Şahmat Çempionatı və 2020-ci ildə Avropa Yaş Qrupları üzrə Şahmat Çempionatı keçiriləcək.



Әlaqәli Xәbәrlәr