"Sənin Kərkükdə nə işin var?" R.T.Ərdoğan

Xarici mətbuat, 19.10.2017

830388
"Sənin Kərkükdə nə işin var?" R.T.Ərdoğan

  Rusiya, “Ria Novosti”: "Ərdoğan İraq Kürd Regional İdarəçiliyinin Kərkükün onun olduğu fikrinə qarşı çıxdı".

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional İdarəçiliyinin Kərkük üzərində tarixi baxımdan hər hansı bir haqqının olmadığını bildirib. Ankarada təşkil edilən muxtarlar yığıncağında çıxış edən R.T.Ərdoğan deyib: "Müxtəlif xalqların yaşadığı bölgənin quruluşunu görməməzliyə vuranlar tarix qarşısında hesab verəcək. Bərzani nə edir? “Kərkük mənimdir” deyir. Bunu söyləməyə necə cəsarət edirsən? Tarixinizin Kərküklə əlaqəsi varmı? Sənin Kərkükdə nə işin var?"

  İngiltərə, “Reurets”: "Türkiyə viza böhranıyla bağlı ABŞ-dan gələcək təzyiqlərə boyun əyməyəcəyini bildirdi".

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu viza böhranıyla əlaqədar Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə Türkiyənin boyun əyməyəcəyini vurğulayıb. Çavuşoğlu deyib: “ABŞ heyətinin tələbləri konstitusiyamızdakı qanunlara uyğun gələrsə, əməkdaşlıq edərik. Amma təzyiqlərə boyun əymərik. Qəbul edə bilməyəcəyimiz şərtləri də rədd edəcəyik."

  Çin, “Xinhua”: "Türkiyədə Fövqəladə Vəziyyət yenə uzadıldı".

  Türkiyə Böyük Millət Məclisi Fövqəladə Vəziyyətin 19 oktyabrdan etibarən yenə üç ay daha uzadılmasıyla bağlı qərar verdi. Beləliklə, Türkiyə 5-ci dəfə Fövqəladə Vəziyyəti uzatmış oldu. 2016-cı ilin 15 iyulundan yaşanan uğursuz çevriliş cəhdindən sonra Türkiyə hökuməti ölkədə Fövqəladə Vəziyyət tətbiq edib və indiyə qədər 4 dəfə müddəti uzadıb.

  Hindistan, “Punjab Kesari”: "Çipras Türkiyənin Aİ üzvlüyünü dəstəkləyir".

  Yunanıstanın Baş naziri Aleksis Çipras Türkiyənin NATO-nun bir parçası olduğunu vurğulayaraq ölkənin Avropa İttifaqı üzvlüyünü dəstəkləyib. ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşən A.Çipras görüşdən sonra mətbuata xitabən etdiyi çıxışında deyib: “Türkiyə ilə ikili əlaqələrə əhəmiyyət veririk. Türkiyə regional bir gücdür”.



Әlaqәli Xәbәrlәr