Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

Xarici mәtbuat

ABŞ, AP: Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Türkiyәli rәsmilәr tәrәfindәn hәbs edilәn ABŞ Baş Konsulluğunun әmәkdaşını casus adlandırıb vә Türkiyәnin belә bir ‘‘daxili tәhdid’ ә qarşı lazımi addımları atmağa haqqı olduğunu deyib. Serbiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin lideri Aleksanr Vuçiçlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki: ‘‘Bu casuslar ABŞ konsulluğuna necə sızıb? Onları Baş Konsulluğa kimlər işə götürüb?’’

Rusiya, Ria Novosti:  Türkiyәnin baş naziri Binәli Yıldırım Türkiyә Silahlı Qüvvәlәrinin  İdlibdә әtәşkәs rejiminә әmәl edilib, edilmәdiyini  müşahidә edәn  nöqtәlәri yaratmaq  üçün oktyabrın 8-dәn etibarәn kəşfiyyat işlərinə başladığını deyib. Әdalәt vә İnkişaf Partiyanının TBMM-dәki qrup toplantısında çıxış edәn Binәli Yıldırım  Ankara ilә Vaşinqton arasında baş verәn diplomatik böhrana toxunub. Baş nazir  Türk vәtәndaşlarına viza verilmәsini dayandırdığını elan edәn ABŞ-ın bu adımının  iki ölkә arasındakı strateji tәrәfdaşlıq ilә üst-üstә düşmәdiyini bildirib.

İran, Fransnews: Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül  Türkiyə haqqında çox küstax bəyanatlar verәn  Amerika Birləşmiş Ştatlarının  Ankaradakı sәfiri Con Bassın görüş təklifini qəbul etmәyib.  Türkiyənin bu mövqeyi ABŞ-da şok tәsiri yaradıb.



Әlaqәli Xәbәrlәr