Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Almaniyanın mətbuat orqanı DPA: “Ərdoğan Türk əsgərlərinin İdlibə daxil olacağını bildirib”.

Prezident Rəcəb Tayyib Ərdoğan İrana reallaşdırdığı səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada Türk hərbçilərinin Suriyanın Şimalında rejim müxaliflərinin nəzarətində olan İdlib bölgəsində yerləşəcəyini, Rus silahlı qüvvələrinin isə İdlib sərhədləri xaricində vəzifə icra edəcəyini qeyd edib. İdlibdə təhlükəsizlik zona yaradılacağını vurğulayıb.

Rusiya və Türkiyə; daha əvvəl də Suriyadakı vətəndaş müharibəsi ilə əlaqəli olaraq diplomatlar, ordular və kəşfiyyat xidmətləri sahəsində əməkdaşlıq edəcəklərini bildirmişdilər. Sentyabr ayında Qazaxıstanın Astana şəhərində baş tutan danışıqlarda Suriyada dörd təhlükəsiz bölgəsinin yaradılması planlaşdırılır.

Rusiyanın Xəbər Agentliyi Sputnik: “Afrin əməliyyatı ilə əlaqəli hazırlıqlar tamamlandı”. Prezident administrasiyasının sözçüsü İbrahim Kalın TRT xəbər kanalına verdiyi müsahibədə, separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD / YPG-nin nəzarətində olan Afrinə istiqamətli əməliyyat hazırlıqlarına toxunaraq: “Türkiyə öz təhlükəsizliyini nəzərə alaraq zərurət olduğu yer və zamanda heç bir addımdan imtina etməz. Afrinə əməliyyat ilə əlaqəli lazımlı hazırlıqlar edilib. Terror təşkilatının ən çox təbliğat apardığı və tərəfdaş toqladığı yerlərin başında Avropa ölkələri gedir.

CNN Beynəlxalq Xəbər Kanalı: “Boat Show Eurasia 2017 sərgisinə İstanbulda start verilib.

Tuzladaki Viaport yaxta limanında təşkil edilən sərgidə 255 gəmi nümayiş etdirilir. Sərginin ilk günündə 15 milyon Avro dəyərində gəmi satılarkən, bu il yerli iştirakçılardan başqa Rusiya, Norveç, İngiltərə, Qətər, İran, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən 7 minə qədər iş adamı ziyarət edəcək. Sərginin ən bahalı yaxtnın qiyməti 57 milyon TL-dir. Boat Show Eurasia sərgisi 9 Oktyabra qədər ziyarət edilə biləcək.

Türk -Amerika Veb Portalı: "Milli Futbol Komandamız 552-ci dəfə sahədə olacaq”

Türkiyə yığması, Dünya çempionatı 2018 Avropa zonası seçmələrinin qrup mərhələsində bu gün Eskişehirdə İslandiya ilə qarşılaşacaq. Matç saat 21:45-də başlayacaq.



Әlaqәli Xәbәrlәr